Gömrükçülər qaçaqmal aşkarladı
28 Noyabr 2014 13:36 KriminalBu günlərdə Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsində poçt göndərişlərinə "Rapiscan" markalı rentgen aparatı vasitəsi ilə gömrük nəzarəti həyata keçirilərkən Kanadadan daxil olmuş iki ədəd poçt bağlaması şübhə doğurduğu üçün saxlanılmış və gömrük yoxlaması zamanı bağlamanın birindən 2 kiloqram 15 qram,digər bağlamadan isə 2 kiloqram 300 qram olmaqla, cəmi 4 kiloqram 315 qram bitki mənşəli, tünd yaşıl rəngli, kəskin qoxuya malik maddə aşkar olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən həmin maddələrin kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31