Ərazidə təmizlik işləri aparılır - "OLAYLAR"ın əməkdaşı hadisə yerindən xəbər verir

Suçlular nəzarət altındadı

Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində baş vermiş ağır yol qəzası ilə əlaqədar hadisə yerində təmizlik işləri aparılır. Su vuran maşınlarla qan izləri və ətrafa dağılmış dəmir və şüşə qırıntıları təmizlənir. Qatarla toqquşmuş avtobus tamamilə yarasız vəziyyətə düşüb. Ərazidə ağır texnika işləyir.

Xəbər verilir ki,  124 saylı marşrut avtobusunun ağır qəza zamanı  zamanı yaralanaraq xəstəxanaya yerləşdirilmiş sürücüsü Fərid Ağayev polis nəzarətinə götürülüb. Sürücü  barəsində cinayət işi açılıb. Sakinlərin verdiyi məlumata görə, avtobusla toqquşmuş Bakı-Ağstafa qatarının   maşınisti də saxlanılıb. Qəza ilə bağlı  Bakı şəhər Prokurorluğunda cinayət işi başlanılıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31