Göygöldə ərzaq mağazası yanıb

Göygöl şəhərində vətəndaşa məxsus ərzaq mağazasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 30 kv.m olan ərzaq mağazasının çardağı 2 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31