4 yaşlı uşaq 4 aylıq bacısını öldürdü
Tüfənglə oynayan uşaq anasını da xəstəxanalıq edib
28 Noyabr 2014 11:53 Kriminal4 yaşlı uşaq bacısının qatili oldu. ANS PRESS-in məlumatına görə, ailə faciəsi Türkiyədə yaşanıb. Belə ki, atası 30 yaşlı Murat Y.-yə aid tüfənglə oynayan azyaşlı təsadüfən atəş açıb. Bu zaman tüfəng həmin an qucağında 4 aylıq körpə qızı ilə otağa girən qadına doğru istiqamətlənmiş olub. Qəfil açılan silahdan çıxan güllə körpənin başından dəyib. Güllənin qırmaları isə ananı yaralayıb. ya dəyib. Bu zaman tövlədə olan ata Murat Y. güllə səsini eşidən kimi evə qaçıb. Şoka düşən ata dərhal təcilio yardıma xəbər verib. 4 aylıq Ayşe Y. və anası Neslihan Y. xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün səyinə baxmayaraq körpənin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, anoloji hadisə bir necə gün öncə Amerikada da baş vermişdi. 3 yaşlı uşaq evdən tapdığı silahla oynayarkən qardaşının bezini dəyişən anasını vurub. Qadın hadisə yerindəcə keçinib.