Avtobusdan atılanlar qatarın altında qalıb-"OLAYLAR"-ın əməkdaşı hadisə yerindən xəbər verir
“...yaralıların çoxu əlini-ayağını itirmişdi, qan içində idi”
31 Avqust 2012 13:45 KriminalBakının Lökbatan qəsəbəsindən keçən dəmiryolu üzərində baş verən və xeyli insanın ölümü sonuclanmış dəhşətli qəzada yaralananların çoxu "Semaşko" adlanan xəstəxanaya aparılıb. Yaxınlarından xəbər bilmək istəyən Lökbatan sakinlərinin əksəriyyəti Təcili Tibbi Yardım Stansiyasında gözləyirlər. Sakinlərin "OLAYLAR"a verdiyi məlumata görə, yaralıların bir qismi avtobusdan atılanlardır. Onlar qəzanın baş verəcəyini görüb, yerə atılıblar. Yerə atılanların əksəriyyəti qatarın altında qalıb. Yaralıların vəziyyətinin olduqca ağır olduğu bildirilir: "Dəmir yolu üzərinə atılanların bir qismini qatar sürüyüb. Bizi yaxına qoymadılar. Amma yaralıların çoxu əlini-ayağını itirmişdi, qan içində idi. İndi xəbər verdilər ki, yaralılardan 2-si xəstəxanada, birir yolda ölüb".