Lənkəran Balıq Kombinatında yanğın

Lənkəranda Balıq Kombinatının ərazisində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, rayonun Nərimanabad qəsəbəsində Lənkəran Balıq Kombinatının ərazisində 2 ha sahədə qamışlıq yanıb. Kombinatın ərazisindəki tikililər yanğından mühafizə olunub. Yanğın saat 22:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb."OLAYLAR"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31