Cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3 və 66.5 maddələrinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Balaməmməd Namiq oğlu Məmmədlinin yanına qısamüddətli görüşə gəlmiş atası, Bakı şəhər sakini Namiq Balaməmməd oğlu Məmmədlinin görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Penitemsiat xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, baxış zamanı onun gödəkçəsinin cibindən 1 ədəd "Nokia C2" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31