“Deyirlər ki, dəmiryolu üzərində meyidlərin hissələri qalıb”-"OLAYLAR"ın əməkdaşı hadisə yerindən xəbər verir
Lökbatanda baş verən qəzada daha çox adam ölüb
31 Avqust 2012 13:29 Kriminal"Priyezd" ətrafına polislər nəzarət edir, dəmiryol xətti üstündə meyit qalıqları var
Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində bu gün səhər saat 07:27 radələrində baş vermiş dəhşətli qəzada ölənlər daha çoxdur. Bunu hadisənin şahidləri "OLAYLAR"ın hadisə yerində olan əməkdaşı ilə söhbətdə deyiblər. Hadisə yerində yaxınlarını axtaran Lökbatan sakininin dediyinə görə, hadisə sürücünün günahı üzündən baş verib. Nasaz avtobus qatar yolunun üstündə dayanıb. Sürücü avtobusu tərk edərək qaçıb. Qatar avtobusa qədər sürətini azaltsa da, qəzadan qaçmaq mümkün olmayıb. Yaxınını axtaran Sevda Əliyeva: "Avtobus dolu olub. Səhərlər belə olur, 124 nömrəli avtobus ağzına qədər dolu olur. Sürücülərin çoxu da yol hərəkəti qaydalarını bilməyən səriştəsizlərdir. Ölənlərin sayı çoxdur. Biz bura gələndə artıq polislər "Priyezd"i bağlamışdılar. Deyirlər ki, dəmiryolu üzərində meyidlərin hissələri qalıb. Ona görə də qəsəbəyə heç kimi buraxmırlar". Qeyd edək ki, qəsəbəyə giriş məhdudlaşdılıb.