Lənkəranda heroin alveri ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirildi

Lənkəranda polis narkotika aludəçilərini yaxalayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Emil İbrahimovdan 0,7 qram heroin və 0,7 qram psixotrop maddə olan "Metalfetamin" götürülüb. Onun kirayədə yaşadığı Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Fazil Fətullayevə məxsus evə baxış zamanı 0,780 qram heroin, 5,5 qram tiryək, 30 ədəd şpris və narkotik vasitə istifadə etmək üçün vasitələr də aşkar edilərək götürülmüşdür. Evdə narkotik vasitə qəbul edən şəhər sakini Sevinc Dadaşoşovadan 0,6 qram, Bakı şəhər sakinləri Aybəniz Kərimovadan 0,110 qram, Günel Vəliyevadan 0,3 qram heroin götürülüb. F.Fətullayev saxlanılıb və ondan 0,325 qram heroin götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31