Səhiyyə Nazirliyindən qəza ilə bağlı açıqlama

“Qəzada 6 nəfər ölüb, 41-i yaralanıb”

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ rayonunda baş verən yol qəzası nəticəsində ölənlərin sayı hələlik 6 nəfərdir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib ki, ölənlərin sayının  artacağı istisna edilmir: "Kliniki Tibbi Mərkəzdə olan 8 nəfərin vəziyyəti ağırdır. Hazırda onlardan 2 nəfəri əməliyyatdadır. Ümumilikdə qəzada 41 nəfər yaralanıb. Onlardan 32-si Kliniki Tibbi Mərkəzə, 9 nəfəri isə Travmatologiya İnstitutuna aparılıb. Onlardan 8 nəfərinə ambulator yardım göstərildikdən sonra evə buraxılıb". Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov isə bildirib ki, qəza nəticəsində Mərkəzə 1 nəfərin meyiti gətirilib, 2 nəfər isə yolda gətiriləndə ölüb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir: "Ölənlərin şəxsiyyətini dəqiqləşdirmək çətindir. Onların sənədi yoxdur". Hazırda mərkəzdə qəza nəticəsində yaralanan 35 xəstə var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31