FHN qatarla avtobusun toqquşması barədə məlumat yaydı
6 nəfər ölüb, 40 nəfərdən çox yaralı var
31 Avqust 2012 12:59 KriminalFövqəladə Hallar Nazirliyiv Qaradağda qatarla masrşrut avtobusunun toqquşması ilə basğlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı xəbərə görə, hadisə avqustun 31-də saat 07:35 radələrində baş verib. Bakı şəhəri, Qaradağ rayonunda dəmir yolu keçidində "Ağstafa-Bakı" marşrutu ilə hərəkət edən sərnişin qatarı və avtobus toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. İlkin məlumata əsasən, 6 nəfər hadisə yerində ölüb, 40 nəfərdən çox insan müxtəlif xəsarət alıb. Xilasedicilər cəsədləri və yaralıları, ağır deformasiyaya uğramış nəqliyyat vasitəsindən müvafiq qaydada götürərək aidiyyəti üzrə təhvil verib, habelə zəruri təhlükəsizlik tədbirləri görüb. Əməliyyat saat 09:25-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.