Sabirabadda polis kapitanı odlu silahla qətlə yetirildi

Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən silahlı insident baş verib. Bu bardəə məlumatı "OLAYLAR"a Sabirabad rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə avqustun 31-də gecə saat 02:00 radələrində baş verib. Rayonun Xankeçən kəndi ərazisində kənd sakini, 1986-cı il təvəllüdlü Gülhüseyn  Abıyev kənd sakini, 1960-cı il təvəllüdlü Azad Zeynalov və ərazinin sahə müvəkkili, 1975-ci il təvəllüdlü polis leytenantı Eldəniz Quliyevi ov tüfəngi ilə güllələyib. Hadisə nəticəsində sahə müvəkkiliEldəniz Quliyev hadisə yerində dünyasını dəyişib, A.Zeynalov isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin  onun da həyatını xilas etmək ümkün olmayıb. Yaralı xəstəxanada dünyasını dəyişib.  Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Keçirilən əməliyyat tədbirləri nəticəsində qətli törədən Gülhüseyn  Abıyev saxlanıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31