Bakıda 27 yaşlı oğlan özündən 11 yaş böyük arvadını doğradı
Hadisənin səbəbi araşdırılır
27 Noyabr 2014 11:55 KriminalBakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, Zahid Xəlilov küçəsi ev 50, mənzil 35-də yaşayan 1976-cı il təvəllüdlü Məcidova Kəmalə Sevilxan qızı ağır bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, reanimasiya şöbəsinə yerləşdirilib və əməliyyat olunub. K.Məcidovanın yaxınları bildiriblər ki, onu həyat yoldaşı, 1987-ci il təvəllüdlü Məcidov Allahyar Ramiz oğlu bıçaqlayıb. Allahyar Məcidovun özündən 11 yaş böyük xanımını hansı səbəbdən bıçaqlaması məlum deyil. Faktla bağlı araşdırmalr aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31