Bakıda əcnəbi yol qəzasında yaralandı
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
27 Noyabr 2014 11:44 KriminalBu gün Bakının Nəsimi rayonu ərazisində ağır yol qəzası baş verib. Bakı şəhər DÖvlət Yol Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, hadisə səhər saatlarında Səməd Vurğun küçəsilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsində baş verib. Həmin ərazidə "Hyundai" markalı avtomobillə "VAZ-2106" markalı avtomobil toqquşub. Qəza nəticəsində bir neçə nəfər yaralanıb. Yaralılar içərisində İngiltərə vətəndaşı 33 yaşlı Ceriz Pilpodun vəziyyəti nisbətən ağır olub. Onu xəstəxanaya aparıblar. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31