Təcili Yardım: Sərnişin qatarı ilə marşrut avtobusunun toqquşması nəticəsində 35 nəfər yaralanıb

Bakının Qaradağ rayonunda baş verən yol qəzasında 35 nəfər yaralanıb.Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, yaralılardan 25 nəfəri Kliniki Tibbi Mərkəzə, 9-u Travmatologiya İnstitutuna, 1 qadın isə Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb.Təcili yardım 3 nəfərin meyitini morqa təhvil verib. Onlardan 2-si qadın, 1-i kişidir. Qalan meyitləri isə polislər aparıb.Nəqliyyatda Baş Dövlət Yol Polisi İdarəsindən  qəza nəticəsində 7 nəfərin öldüyü bildirilib.Qeyd edək ki, bu gün Bakının Lökbatan qəsəbəsində 124 nömrəli marşrut avtobusu ilə sərnişin qatarı toqquşub. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar. apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31