Avtobus qəzası: ölən var (FOTO)
27 Noyabr 2014 10:03 KriminalBu gün səhər saatlarına Sumqayıtda sərnişin avtobusu ilə minik maşını toqquşub.Sumqayıt şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 30 saylı "Daewoo" markalı sərnişin avtobusu ilə "Tofaş" markalı minik maşını toqquşuş.Hadisə nəticəsində minik maşınında olan sərnişinlərdən biri ölüb. Sürücü də daxil olmaqla 3 nəfər xəsarət alıb. Avtobusda da bir neçə sərnişin xəsarət alıb.Hadisə barədə məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və təcili yardım həkimləri cəlb olunub.Qəzada dünyasını dəyişən şəxsin Rafiq Əhmədov olduğu məlum olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31