Bakıda dəhşətli qəza: ölənlərin sayı 20-dən çoxdur-YENİLƏNİB

Bu gün səhər saat 07:27 radələrində Qaradağ rayonu ərazisində ölüm və xeyli insanın yaralanması ilə nəticələnən dəhşətli yol qəzası baş verib. Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, Lökbatan qəsəbəsi ərazisində 124 saylı sərnişin avtobusu ilə qatar toqquşub.Qəza nəticəsidə 20 nəfərdən çox insan ölüb, çoxlu sayda insan yaralanıb. Verilən məlumata görə, qatar Bakıda Ağstafa rayonu istiqamətinə hərəkət edirkən dəmir yolu keçidində Lökbatan qəsəbəsindən şəhərə gələn 124 saylı avtobusu vurub.Hələlik hadisə ilə bağlı dəqiq məlumat verilmir

xxx


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, avqustun 31-də Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı səhər saat 07. 25-də Puta stansiyasını keçərək Puta-Heybət mənzilinin 513-cü kilometrində yerləşən qorunan dəmir yolu keçidində saat 07-30-da təyin olunmuş sürətlə hərəkətdə olan zaman, keçidi keçməyə cəhd göstərən "DAEWOO" markalı 10-TF-427 dövlət nömrə nişanlı 124 №-li sərnişin avtobusu ilə toqquşmuşdur.

Hadisə nəticəsində avtobusun sərnişinlər arasında ölənlər və xəsarət alanlar var.

Hadisə yerində hüquq-mühafizə orqanları ilə birgə aparılmış araşdırma zamanı, qorunan keçidin texniki vəziyyəti Nəqliyyat Nazirliyinin 27.10.2003-cü il tarixli 47/s-saylı "Dəmir yolu keçidlərinin istismarına dair Təlimat"ın tələblərinə uyğun olması müəyyən edilmişdir.

Hadisənin baş verməsinə səbəb, sürücü tərəfindən Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında Qanun"un 44-cü maddəsinin tələblərinin pozulması olmuşdur.

***

Qızıldaş qəsəbəsində yaşayan və 124 saylı avtobusdan istifadə edən VHP funksioneri Samir Əsədli baş vermiş hadisə ilə bağlı Facubookda status paylaşıb. Həmin statusda yazır: "Bu gün Lökbatan da qatar avtobusla toqquşmayıb. Avtobus gəlib qatar yolunda sönüb qalıb, sürücü düşüb qaçıb və həmin zaman qatar gəlib sürüyün avtobusu aparıb. 20-dən artıq insan dünyasını dəyişib, 30-dan artıq adam ciddi xəsarət alıb. Avtobusda 70-dən artıq sərnişin varmış. Qatar tez saxlamasa imiş, bir adamda sağ qalmayacaqmış... Onu da deyim ki, 124 saylı avtobusun sürücülərinin çoxunu sürücülük vəsiqəsi də yoxdur. 23-25 yaşlı uşaqlarda sürür o maşınları. Həmin marşrut bütün şəhəri gəzir və 5 qəsəbə üçün Bakıdan adam daşıyır. Ayaq üstə də durmaq olmur. KİV-dən xahiş edirik bu məsələni ciddi araşdırsınlar. Cünki Bakı şəhərində sürücülər marşrutları kobud və vəhşi kimi idarə edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31