Dəfələrlə dələduzluq edən şəxsə hökm oxundu
26 Noyabr 2014 16:53 KriminalBu gün Ağır Cinayətlər Məhkəməsində dələduzluda təqsirləndirilən 1961-ci il təvəllüdlü Əflatun Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Əflatun Abdullayev 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Əflatun Abdullayev Cinayət Məcəlləsinin 178.1( Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə), 178.2.2. (təkrar törədildikdə) maddələri ilə ittiham olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31