AXCP üzvü həbs edilib
26 Noyabr 2014 16:49 KriminalAzərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Asif Yusifli həbs edilib. Bu barədə APA-ya AXCP sədrinin müşaviri Məmməd İbrahim məlumat verib. O qeyd edib ki, A. Yusifli Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri saxtalaşdırma) və 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. Bu gün Nərimanov Rayon Məhkəməsində A. Yusifli təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31