Bakıda “Kamaz” piyadanı vurub öldürdü

Bakıda yük maşını qəza törədib. Bu barədə Daxi İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 25-də saat 13 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində Kəngərli rayon sakini Natiq Əsgərov idarə etdiyi "MAN" markalı avtomobillə yolu keçən Ağdaş rayon sakini Tural Aslanovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31