DİN Bakıda yeni doğulmuş uşağın zibilxanada tapılması ilə məlumat yayıb

Məişət tullantıları üçün ayrılmış ərazidə yeni doğulmuş qız uşağı tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 25-də Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşları tərəfindən Moskva prospekti ev 86-nın qarşısındakı məişət tullantıları üçün ayrılmış ərazidə yeni doğulmuş qız uşağı tapılıb. Uşaq 1 saylı körpələr evinə təhvil verilib. Faktla əlaqədar araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31