Həmyerlisini bıçaqladı, 5 il iş aldı
25 Noyabr 2014 18:23 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Vüsal İbişovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına , hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Vüsal İbişov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin aprelin 7-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin ərazisində baş verib. Ağdaş rayon sakini Vüsal İbişov xuliqanlıq zəminində Göyçay rayon sakini Nurlan Məmmədova bıçaqlayıb. Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vüsal İbişov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31