Məhbus qardaşına telegon ötürmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin bir neçə maddələrinə əsasən 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əsgərağa Abış oğlu Sadatovun yanına qısamüddətli görüşə gəlmiş bacısı, Cəlilabad şəhər sakini Səyyarə Abış qızı Sadatovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, baxış zamanı onun əl çantasının içərisindən 1 ədəd "Samsung" markalı mobil telefon aparatı, 1 ədəd "Azercell" danışıq kartı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31