Bakı-Şamaxı yolunda dəhşətli qəza, 3 ölü, iki yaralı
25 Noyabr 2014 15:18 KriminalAbşeron rayonunda dəhşətli yol qəzası baş verib. "OLAYLAR"ın Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, noyabrın 24-də saat 18 radələrində Abşeron rayonunun Təzəkənd kəndində İsmayıllı rayon sakini Fəxrəddin Babayev idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarında dayanmış Neftçala rayon sakini İsrafil Əhmədova məxsus "Hovo" markalı avtomobilə vurub. F.Babayev və sərnişinlərindən - İsmayıllı rayon sakinləri Əzizxan Mitəlov və İslam Rəhimov hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31