Xızı və Şabranda qanunsuz silahlılar saxlanılıb
25 Noyabr 2014 14:26 KriminalAzərbaycanda qanunsuz silahlı şəxslər yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirləri nəticəsində Xızı rayonunun Giləzi qəsəbəsində Bakı şəhər sakini Rüstəm Məmmədov qanunsuz ov etdiyi üçün saxlanılıb. Ondan 1 ədəd ov tüfəngi götürülüb və araşdırmalar aparılması üçün Xızı RPŞ-yə təhvil verilib. Həmin gün Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirləri nəticəsində Şabran rayonunun Güləmli kəndində rayon sakinləri Abbas Quliyev və Nöhəddin Əzizov qanunsuz ov etdikləri üçün saxlanılıb. Onlardan 2 ədəd ov tüfəngi götürülüb və araşdırmalar aparılması üçün Şabran RPŞ-yə təhvil verilib.