Masallıda çay məcrasından çıxdı: 25 evi su basdı

Masallı rayonunda çay məcrasından çıxıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 24-də intensiv yağmış yağışlar nəticəsində Masallı rayonunun Boradigah çayında suyun səviyyəsi qalxaraq məcrasından çıxıb. Kolatan, Babaser və Türkoba kəndlərində 20-25 həyətyanı torpaq sahəsində olan tikililəri su basıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31