Lənkəranda bir evi su basdı, 4 nəfər təxliyyə olundu
25 Noyabr 2014 11:44 KriminalHavaların yağışlı keçməsi Lənkəranda bir ailəni təhlükəli vəziyyətə salıb. "OLAYLAR"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, , Lənkəran şəhəri ərazisində yağan yağışlar nəticəsində, Lənkəran şəhərində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib. Hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Keçirilmiş əməliyyat zamanı yağış sularının sakinlərə verə biləcək ziyan aradan qaldırılıb və 4 nəfər təhlükəsiz əraziyə köçürülüb. Əməliyyat saat 06:40-da başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31