Bakıda evdən 30 min manat oğurlandı
24 Noyabr 2014 18:14 KriminalBakıda mənzildən külli miqdarda pul və qızıl-zinyət əşyaları oğurlayan dəstə yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də Zahidə Həsənovanın evindən quldurluq yolu ilə 5000 manat və 5500 ABŞ dolları, habelə 15000 manat dəyərində qızıl əşyalar aparmış Bakı şəhər sakinləri Vəli Allahverdiyev, Xəyal Məmmədov və Sadiq Bayramov tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31