DİN “Vulkan” oteldə qadının öldürülməsini təsdiqlədi

Daxili İşlər Nazirliyi Bakıda "Vulkan" oteldə baş verən ölüm hadisəsi barədə yenidən məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki "Vulkan" otelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyitinin tapılması ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumu boğma yolu ilə qətlə yetirmiş qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyev tutulub. Xatırladaq ki, noyabrın 20-də mətbuat Aygün Şükürovanın bir nəfər tərəfindən qətlə yetirildiyini yazsa da, Daxili İşlər Nazirliyi dərhal məlumat yayaraq qadının intihar etməsini bildirmişdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31