Şəmkirdə mağazaya silahlı basqın, sahibkar qətlə yetirildi
24 Noyabr 2014 18:09 KriminalŞəmkirdə qətl törədən şəxslərin kimliyi müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 24-də Şəmkir şəhərində şəhər sakini Firuz Zamanova məxsus mağazaya gəlmiş şəxsiyəti məlum olmayan 2 nəfər münaqişə zəminində onu bıçaqla qətlə yetirib hadisə yerini tərk edib. Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Şiştəpə kənd sakinləri Laçın Məmmədov və Anar Qurbanov tərəfindən törədilməsi müəyyən edilib. Şəmkir RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31