DİN Qəbələdə sahibkarın öldürülməsilə bağlı məlumat yaydı
24 Noyabr 2014 18:08 KriminalDaxili İşlər Nazirliyi Qəbələdəki qətllə bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyn saytına istnadən yaydığı məlumata görə, noyabrın 24-də Qəbələ şəhərində şəhər sakini Vahid Vahabovun yaşadığı evə girmiş 4 maskalı şəxs pul verməsini tələb etmiş, istədiklərinə nail olmadıqda ov tüfəngindən atəş açaraq onu qətlə yetirib hadisə yerini tərk ediblər. Qəbələ RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31