25 yaşlı qızı hədələyib zorladılar

Avqustun 29-da bir müddət əvvəl Bakıda baş vermiş zorlama hadisəsi ilə bağlı polisə məlumat daxil olub. Hüquq-mühafizə orqanlarından Lent.az- verilən məlumata görə, 1987-ci ildə Qazaxıstan Respublikasının Uralsk şəhərində anadan olmuş, Lənkəran rayonunun Liman şəhərində pasport qeydiyyatına alınmış S.M. polisə müraciət edib.
25 yaşlı qız ərizəsində bildirib ki, bir müddət əvvəl Bakıda İlqar adlı oğlanla tanış olub. Onların arasında isti münasibətlər yaranıb. Təxminən bir ay əvvəl isə həmin şəxslə intim münasibətdə olub. Lakin sonradan sevgililərin münasibəti pozulub. S.Məmmədova İlqarın niyyətinin yaxşı olmadığından duyuq düşüb və əlaqəni kəsib. Lakin həmin şəxs qızdan əl çəkməyib. Gənc oğlan bildirib ki, onda qızın intim görüntüləri olan kadrlar var. Bu yolla İlqar növbəti dəfə S.M.-nı paytaxt ərazisindəki mənzilə apararaq zorlayıb.
Qız isə başına gələnlərlə bağlı polisi məlumatlandırmağı lazım bilib. Hazırda fakt üzrə araşdırmalar aparılır. Müvafiq ekspertizalar təyin olunub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31