Quldurlar 54 milyon dollarlıq yanacaq apardılar

Yunanıstana məxsus Golden Energy Managment şirkətinə məxsus Energy Centurion neft tankerində yanacaq dəniz quldurlarının əlinə keçib.  Milli.Az Kerdos-a istinadən bildirir ki, kapitanı Yunanıstan, 23 nəfərlik heyəti isə Rusiya vətəndaşları olan gəmi 56 min ton dizel yanacağı daşıyırdı. Yunan şirkəti bildirib ki, 1 ton yanacağın bazar dəyəri 964,5 dollardır.
Tanker indi Nigeriya sahillərindədir.Britaniyanın Men adasının bayrağı altında üzən tanker avqustun 28-də Toqo sahillərinin yaxınlığında dəniz quldurlarının əlinə keçmişdi.
Kapitan və dənizçilər quldurlar yanacağı tankerdən boşaldıb qurtarandan sonra azad ediləcəklər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31