Azərbaycanda iki avtomobil elektrovozla toqquşub, ölən və xəsarət alanlar var
24 Noyabr 2014 16:08 KriminalAzərbaycanda iki avtomobil elektrovozla toqquşub, ölən və xəsarət alanlar var. Trend Daxili İşlər Nazirliyinin bu gün yaydığı məlumata istinadən xəbər verir ki, noyabrın 22-də saat 11 radələrində Şəmkir rayonunun Sabirkənd kəndində qorunmayan keçiddə Zəyəm qəsəbə sakini Sənan Bayramov idarə etdiyi "VAZ-2109" markalı avtomobili elektrovoza vurub. Nəticədə sürücü S.Bayramov hadisə yerində ölüb. Oxşar hadisə Xızı rayonu ərazisində də baş verib. Noyabrın 21-də saat 18 radələrində Xızı rayonunun Sitalçay kəndində qorunmayan keçiddə Sumqayıt şəhər sakini İxtiyar Hadıyev idarə etdiyi "Volkswagen" markalı avtomobili elektrovoza vurub. Nəticədə sürücü və 1 sərnişini xəsarət alıb. Onların hər ikisi xəstəxanaya yerləşdiriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31