Hacıqabulda orta məktəb qarət edildi

Hacıqabul rayonunda orta məktəb qarət edilib. Bu barədə Daxili İşlər Nazirlyi məlumat yayıb. "OLAYLAR"ın nazirlyin saytına istinadən yaydığı məlumata görə, hadisə avqustun 28-də baş verib. Ələtli kəndindəki orta məktəbin anbarından 910 metr uzunluğunda elektrik naqili və inşaat materialları oğurlaıb.   Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun rayon sakinləri Rəşid Sevdiyev, Rəhman Babayev və Ərzuman Mahmudov tərəfindən törədildiyi müəyyən edilib və həmin həxslər saxlanılıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31