Yevlaxda ər arvadını bıçaqlayıb özünü öldürdü
30 Avqust 2012 17:50 KriminalYevlaxda ailə münaqişəsi sonda qətllə nəticələnib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə avqustun 29-da baş verib. Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş İlham Qafarov münaqişə zəminində bıçaqla arvadı Nüşabəyə, sonra isə özünə xəsarət yetirib. İ.Qafarov aldığı xəsarətdən xəstəxanada ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31