Şəmkirdə qanlı olay: ölən var

Şəmkir sakini bıçaqlanaraq qətlə yetirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər Şəmkir şəhərində baş verib. Şəhər sakini, 1986-cı il təvəllüdlü Firuz Zamanov bıçaqlanıb. Şəmkir Rayon Prokurorluğundan verilən məlumata görə, hadisənin kim tərəfindən törədildiyi müəyyənləşdirilib. Faktla bağlı cinayət işi açılıb, cinayəti törədən şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31