Azərbaycanda mənzilə silahlı basqın: ev sahibi qətlə yetirilib

Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA TV-yə bildirilib ki, hadisə noyabrın 24-də saat 05.00 radələrində Qəbələ şəhər, Mirzə Ələkbər Sabir küçəsində törədilib. Həmin küçədə 1967-ci il təvəllüdlü Vahid Rəşid oğlu Vahabov özünə məxsus mənzildə qətlə yetirilib. O, naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla öldürülüb. Hazırda qətlin səbəbi və hadisəsni törədənlərin tapılması istiqamətində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31