Maştağanın icra nümayəndəsi həbs edildi
Arzu Hadıyev 5 il cəza aldı
30 Avqust 2012 17:20 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində Maştağa qəsəbəsinin sabiq icra nümayəndəsi Arzu Hadıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Prosesdə iş üzrə məhkəmə istintaqı yekunlaşmış hesab edilib və təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Arzu Hadıyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Bakının Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə icra nümayəndəliyində keçirdiyi əməliyyat nəticəsində Maştağa qəsəbəsi üzrə icra nümayəndəsi Arzu Hadıyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rüşvət faktı ilə əlaqədar saxlanılıb. A. Hadıyev Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.