Anası məhkum qızına telefon ötürmək istədi
21 Noyabr 2014 15:50 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 178.3.2 maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Gülşən Rauf qızı Zamanovanın yanına qısamüddətli görüşə gəlmiş anası, Bakı şəhəri sakini Xurşud Böyük qızı Zamanovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, baxış zamanı qara rəngli əl çantasının içərisindən 1 ədəd "Nokia" markalı və daxilində 1 ədəd "Sim" danışıq kartı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31