17 azyaşlı dilənçi sığınacağa yerləşdirildi

Bakıda dilənçiliklə məşğul olan 17 azyaşlı dilənməkdən çəkindirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən avaralıq və dilənçiliklə məşğul olan 17 azyaşlı müəyyən olunub, profilaktik söhbətlər aparıldıqdan sonra onlardan 3 nəfəri Azərbaycan Uşaqlar Birliyinin nəzdində olan sığınacağa yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31