DİN “Vulkan” oteldəki ölüm hadisəsi barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Binəqədi rayonu ərazisindəki "Vulkan" oteldə qadının ölümü ilə bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 20-də Sumqayıt şəhər sakini Afaq Şükürova Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən "Vulkan" otelinin hamam otağında özünü asaraq intihar edib. Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31