Bakıda xəstəxanada CİNAYƏT ƏMƏLİ
21 Noyabr 2014 13:07 KriminalBakıda xəstəxanada oğurluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 11-də Tbilisi prospektində yerləşən dioqnostika mərkəzinin iş otağından, içərisində 65 manat və bank kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bakı şəhər sakini 1974-cü il təvəllüdlü İmran Kərimov tutularaq istintaqa təhvil verilib. Şübhəli şəxsdən 1,456 qram heroin aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31