Bakıda yeməkxanada qadına qarşı CİNAYƏT

Bakıda qadının xeyli miqdarda pulu oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 18-də səhər saatlarında Keşlə qəsəbəsi M.Ağayev küçəsində yerləşən yeməkxanda Bakı şəhər sakini Xariqə Babayevanın əl çantasından 1165 manat pulunu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini 1984-cü il təvəllüdlü Səbuhi İsayev tutulub. Araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31