Bakıda qadının qətlə yetirildiyi otel rəisin imiş

Xəbər verdiyimiz kimi, Bakıda bu gecə məşhur otellərdən birində bir nəfərin ölümü ilə nəticələnən insident baş verib."Qafqazinfo"nun əldə etdiyi məlumata görə, həmin otel Gəncənin sabiq polis rəisi, hazırda DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisinə məxsus "Vulkan" otelidir. Hadisə şahidlərinin sözlərinə görə, oteldə istirahət edən xanımla kişi arasında düşən mübahisə nəticəsində qadın öldürülüb, kişi isə yaralanıb. Qeyd edək ki, "Vulkan" otelin adı dəfələrlə priton qalmaqallarında hallanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31