Bakıda dəhşətli qəza: kran maşınların üstünə aşdı

Avtovağzalın yanında kran maşınların üzərinə aşdı

Bakıda ağır yol qəzası baş verib. Binəqədi rayon Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, hadisə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın yaxınlığında baş verib. Belə ki, "KamAZ" markalı yük maşını ərazidə olan krana girib. Nəticədə kran maşınların üzərinə aşıb. Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə hələlik heç bir məlumat verilmir. İlkin ehtimala görə, qəzaya səbəb sürətlə hərəkət edən "KamAZ" markalı yük maşının əyləc sisteminin işləməmisidir. Hazırda hadisə yerində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31