Telefona görə 8 il həbsxanada qalacaq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirli bilinən Ağasif Abbasov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə A.Abbasov 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, A.Abbasov bu ilin fevralında Nizami rayonunda soyğunçuluq edib. Əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də Zaur Bayramovun mobil telefonunu soyğunçuluq yolu ilə alan Bakı şəhər sakini Ağasif Abbasov tutulub. İstintaq zamanı onun digər soyğunçuluq əməllərində də iştirak etdiyi ortaya çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31