Zaqatalada fındıq sexi qarət edildi

Zaqatalada fındıq emalı sexində oğurluq hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da Abdulla Dinbazova məxsus fındıq emalı sexindən 360 kiloqram təmizlənmiş fındıq oğurlamış rayon sakinləri Tural Paşayev, Məhəmməd Mamayev və Bərdə rayon sakini Ramin Məmmədov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31