Bakıda dəm qazı daha bir faciəyə səbəb olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 18-də Nərimanov rayonu ərazisində yaşayan Nərmin Fərhadova evində dəm qazından zəhərlənmiş, xəstəxanaya aparılarkən yolda ölüb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31