Abşeronda ağır yol qəzası, 3 maşın toqquşdu, ölən və yaralanan var

Abşeron rayonunda ağır yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, noyabrın 20-də saat 01 radələrində Abşeron rayonunun Xocəsən qəsəbəsində Salyan şəhər sakini Səbuhi Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini Vilayət Vəliyevə məxsus "VAZ-2104" və Sabirabad rayon sakini  Teymur Həsənova məxsus "BMW" markalı avtomobillərə vurub. S.Məmmədov və T.Həsənov xəstəxanaya yerləşdirilib. T.Həsənov ölüb, S.Məmmədova ilkin tibbi yardım göstərilib. Abşeron RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31